Rusiyada çağırışçılar sülhməramlıların tərkibində xidmətə cəlb ediləcək

Rusiyada hərbi xidmət yaşına çatmış çağırışçılar da sülhməramlıların tərkibində xidmətə cəlb ediləcəklər.

Metbuat.az xəbər verir ki, bununla əlaqədar Rusiya Müdafiə Nazirliyi tərəfindən qanuna dəyişiklik hazırlanıb.

Əgər qanuna dəyişiklik qəbul edilərsə, rusiyalı çağırışçılar Qarabağda və Dnestryanı bölgədə xidmətə cəlb ediləcəklər. Qanun 2022-ci il avqustun 15-dən hərbi xidmətə çağırılan bütün çağırışçılara şamil oluna bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR