Azərbaycan XİN-dən Mirzoyana

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Almaniyada səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın danışıqlar prosesinə maneçilik törətdiyini, buna baxmayaraq Ermənistanın sülh prosesinə sadiq olduğunu və bir neçə gün əvvəl Azərbaycan tərəfindən təqdim edilmiş sülh sazişi üzrə təklifləri nəzərdən keçirməsi ilə bəyanatına münasibət bildirib.

Bu barədə Metbuat.az-a XİN-dən bildirilib.

Onun sözlərinə görə, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın istinad etdiyi təkliflər bir neçə gün deyil, 15 gün bundan əvvəl Azərbaycan tərəfindən təqdim edilib.

“Bununla yanaşı, Ermənistan xarici işlər nazirinin bu bəyanatından göründüyü kimi, Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesi barədə yenidən manipulyasiyaya yol verir və özünü konstruktiv tərəf kimi təqdim etməklə, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.

Məlum olduğu kimi, məhz Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesinin razılaşdırılmış gedişatını pozaraq, ötən ilin dekabr ayında danışıqlardan imtina edib. İndi isə, sülh sazişi üzrə danışıqlara qayıtmaq əvəzinə prosesə süni maneələr yaradır.

Azərbaycan Ermənistandan fərqli olaraq sülh sazişinin mətni üzrə danışıqların qısa müddət ərzində keçirilməsinin tərəfdarıdır və buna hər zaman hazırdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR