Zəlzələdən zərərçəkənlər üçün Bakıda yardımların toplandığı ünvan

Türkiyədə güclü zəlzələdən zərərçəkənlər üçün Bakıda yardımların toplandığı ünvan dəyişib.

Metbuat.az xəbər verir ki, bu gündən yardımlar Heydər Əliyev adına İdman Konsert Kompleksində toplanır.

Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib ki, yardımla bağlı Babək prospektində yerləşən Doğtaş mebel qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması səbəbiylə Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksi olaraq dəyişilib.

Vətəndaşlar yardımlarını bu ünvana gətirə bilərlər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR