44 saatdan sonra TAPILDI:

Qəhrəmanmaraşda baş verən zəlzələlər nəticəsində Hatayda çökən binanın dağıntıları altında qalan 2 yaşlı körpə xilas edilib.

Metbuat.az xəbər verir ki, 44 saatdan sonra dağıntılar altından çıxarılan balaca Məhəmmədə xilasedicilər butulkanın qapağında su içirdiblər. Daha sonra körpə müayinə olunmaq üçün tibbi personala təhvil verilib.

Qeyd edək ki, fevralın 6-da Qəhrəmanmaraşda 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub.Təbii fəlakət nəticəsində minlərlə insan həyatını itirib. Sağ qalanların axtarış-xilasetmə işləri davam edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR