Türkiyədə zəlzələdə ölənlərin sayı 8 min 574 nəfərə çatıb -

Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə ölənlərin sayı 8 min 574 nəfərə çatıb.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib. O əlavə edib ki, yaralıların sayı 49 min 133 nəfərdir.

12.05

Türkiyədə zəlzələdə ölənlərin sayı 6 957 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində xəsarət alanların sayı 38 224 nəfərdir.

10.38

Türkiyədə zəlzələ qurbanlarının sayı 6234 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakətlərin və Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İdarəsi bildirib.

“İndiyədək 6 234 nəfər ölüb, 37 011 vətəndaş yaralanıb”, - deyə nazirliyin açıqlamasında qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR