Rusiya Vardanyanı Xankəndinə geri qaytaracaq? -

"Ruben Vardanyanı ötən ilin sentyabr ayında Qarabağa göndərən Moskva onun geri qaytarılıb-qaytarılmamasına da qərar verəcək".

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Analitik bildirib ki, Vardanyan müstəqil fiqur deyil, Rusiya xüsusi xidmət strukturları onun Rusiyadakı maliyyə vəsaitlərinə və daşınmaz əmlakına nəzarət edirlər.

“Onu Rusiya vətəndaşlığından məhrum etdikləri kimi, lazım bildikləri halda vətəndaşlığa bərpa edə də bilərlər. Ruben Vardanyanın hazırda Moskvada olduğu bildirilir, məsləhətləşirlər. Əgər Vardanyanı yenidən Laçın yolu ilə Rusiya hərbi kontingentinin nəqliyyat vasitələrində gizli şəkildə Xankəndinə göndərsələr, demək Moskva bu separatçını hələ Azərbaycan ərazisində istifadə etmək istəyir”,- deyə E.Şahinoğlu qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR