Azərbaycanlı hakimin idarə etdiyi oyunda sensasiya qeydə alındı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev Polşada Ukraynanın "Rux" (Lvov) və İtaliyanın "İnter" komandaları arasında keçirilən UEFA Gənclər Liqasının pley-off oyununu idarə edib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Matçda əlavə vaxt oynanılmayıb və qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (4:3) Lvov təmsilçisi sensasiyaya imza ataraq, adını növbəti mərhələyə yazdırıb.

Məsiyev qarşılaşma ərzində 5 dəfə əlini cibinə atıb. O, "Rux"dan 4, "İnter"dən isə 1 futbolçuya sarı vərəqə göstərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR