Zelenski Britaniya kralı ilə görüşdü

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniya kralı III Çarlzla görüşüb.

Metbuat.az xəbər verir ki, görüş Prezident Zelenskinin Londona səfəri çərçivəsində baş tutub.

“Ukraynanın prezidenti kimi ilk dəfə Britaniya monarxı tərəfindən qəbul olunmaq mənim üçün şərəfdir. Mən, əlahəzrətə səmimi qəbula və Böyük Britaniyada müharibədən sığınan Ukrayna vətəndaşlarını dəstəklədiyinə görə minnətdaram”, - Ukrayna dövlət başçısı görüşdə deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR