Türkiyəyə göndərilən gödəkçənin cibindən çıxanlar marağa səbəb oldu -

Xəbər verdiyimiz kimi, qardaş ölkədə zəlzələdən zərərçəkənlər üçün Bakıda yardım kampaniyaları təşkil olunub.

Metbuat.az xəbər verir ki, xalq insanların hazırda ehtiyacı olan ləvazimatları Türkiyəyə göndərir.

Heydər Əliyev adına İdman Konsert Kompleksində toplanan yardım zamanı vətəndaşlardan birinin zərərçəkənlər üçün qoyduğu gödəkçənin cibindən konfet, fısdıq kimi çərəzlər çıxıb.

Video qısa zamanda sosial şəbəkələrdə yayılıb və təqdir edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR