Küləkli hava nə vaxtadək davam edəcək? -

Hazırda Azərbaycanda küləkli, yağıntılı və qarlı hava şəraiti hökm sürür.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 9-u axşam saatlarınadək davam edəcək: "Fevralın 10-da isə mülayim cənub küləyi əsəcək. Yağıntılar sabah gündüz saatlarında tədricən kəsiləcək. Həftəsonunda Bakı və Abşeron yarımadasında, bölgələrdə hava şəraitinin sabit, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək", - deyə o qeyd edib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin açıqladığı son məlumatlara əsasən Qaxda 46 sm-lik qar yağıb, düşən yağıntının miqdarı Astarada 25.0 mm olub.

Həmçinin oxuyun: Faktiki hava açıqlandı - Bu rayonlarımıza qar yağdı

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR