78 saat iki uşağı ilə dağıntılar altında qalan ana danışdı:

Türkiyədə 78 saat sonra dağıntılar altından sağ xilas edilən ana və iki uşağının həyatı üçün təhlükə yoxdur.

Metbuat.az xəbər verir ki, xilasedicilər binanın ikinci mərtəbəsində dağıntılar altında qalan, 36 yaşlı ana ilə 15 saat əvvəl əlaqə qurublar. Xilasedicilər Xədicə adlı qadını təsəlli etmək üçün onunla mütəmadi danışıqlar aparıblar. Qadın bildirib ki, onların olduğu tikili zəlzələnin 5-ci saniyəsində dağılmağa başlayıb. Lakin o fürsət taparaq iki uşağı ilə bilikdə kompüter masasının altına sığına biliblər.

Qadın 78 saat ərzində uşaqlarını təsəlli etmək üçün onlarla söhbət aparıb. Qeyd edək ki, 78 saat sonra dağıntılar altından sağı çıxarılan ana və onun 9 və 6 yaşlı iki uşağının səhhəti normaldır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR