Türkiyədə olan xilasedicimizdən təsirli video -

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Türkiyədə zəlzələ zamanı dağıntılar altında qalmış şəxslərin çıxaırlması zamanı təsirli anlar yaşayıblar.

Metbuat.az xəbər verir ki, hazırda Türkiyədə olan xilasedici Bəhruz Nəsirli feysbukda paylaşım edib. O qeyd edib ki, xilasedicilərimiz dağıntılar altından ana və 2 azyaşlı övladının cəsədini çıxarıblar:

"Bizim burada nə hisslər keçirdiyimizi bir bizlər bilirik, bir də Allah. Bu ananı və iki uşağı dağıntılar altından çıxaranda o dünyanı gördük-gəldik. Göz yaşlarımıza hakim ola bilmədik. Ana iki uşağını qucaqlayaraq dünyasın dəyişib. Biz xilasedicilər hər gün burda 100 dəfə ölüb- dirilirik", - deyə o paylaşıma əlavə edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR