Yevlaxda məscid tikdirən türkiyəli deputat

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq deputatı Adnan Türkoğlu vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı tviter səhifəsində başsağlığı verib.

"19-cu çağırış Çorum millət vəkilimiz Adnan Türkoğlu qardaşın vəfatını təəsüflə öyrəndim. Ürəyi məmləkətlə və Türk dünyası ilə döyünən siyasətdə örnək bir insan idi. Xidmət üçün təyin olunanda 1993-cü ildə Azərbaycanın Yevlax rayonunda bir məscid inşa etdirdiklərini demiş, baş çəkməyimi tövsiyə etmişdi. Allah rəhmət eləsin", - deyə o qeyd edib.

Qeyd edək ki, sabiq deputat 73 yaşında ürək tutmasından dünyasını dəyişib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR