Qarabağlı İlqar özünün və xanımın üzüyünü zəlzələdən zərərçəkənlərə göndərmək istədi -

Qazaxıstanda yaşayan azərbaycanlı kişi nişan üzüyünü Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım kimi bağışlamaq istəyib.

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin Astanadakı səfiri Ufuk Ekici tviterdə yazıb.

O qeyd edib ki, başsağlığı vermək üçün səfirliyə gələn qarabağlı İlqar təkidlə öz və həyat yoldaşının nikah üzüklərini zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlamaq istəyib: "Biz onu güclə razı saldıq. Sağ ol, qardaş".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR