Gilavar Foto Klubundan Türkiyədəki zəlzələdə zərərçəkənlərə dəstək

Fevral ayının 6-da Türkiyənin bir sıra şəhər və qəsəbələrində baş vermiş güclü zəlzələ hamı kimi azərbaycanlı fotoqrafları da dərindən sarsıtdı. Gilavar Foto Klubu qardaş ölkənin çətin günündə dərdinə şərik olmaq üçün aksiya keçirib.

Aksiya çərçivəsində fotoqraflar 6000 türk lirəsi toplayıblar. Aksiyada klubun üzvləri ilə yanaşı, digər fotoqraflar da iştirak ediblər. Zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə toplanılan məbləğ Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentinin (AFAD) bank hesabına köçürülüb.

Qeyd edək ki, Gilavar Foto Klubu Azərbaycan foto sənətinin inkişafına verdiyi töhfələri, uğurlu layihələri ilə yanaşı, sosial və xeyriyyə tədbirləri ilə də çıxış edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR