Futbolçular Türkiyə üçün yardım kampaniyası təşkil etdi

“Beşiktaş” klubunun futbolçusu Josef de Souza və vaxtilə klubun formasını geyinən Mert Nobre Türkiyədə zəlzələlərdən zərər çəkənlər üçün yardım kampaniyası təşkil edib.

Metbuat.az xəbər verir ki, onlar sosial mediada canlı yayım açaraq zərər çəkənlər üçün ianə toplayıblar. Kampaniyaya yüzlərlə insan qoşulub. Onların arasında əcnəbilər və futbolçular da olub. Josef de Souza və Mert Nobre yayımdan əvvəl çağırış edərək, hamını kampaniyaya qoşulmağa çağırıblar.

Onlar hamıdan maddi imkanına uyğun olaraq kampaniyada iştirak etməsini istəyiblər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR