"Bu qərardan sonra əksəriyyətinin diplomu tanınacaq" -

"Diplomların tanınması ilə bağlı verilən qərarların bir sıra üstünlükləri var".

Metbuat.az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a bildirib ki, artıq xarici diplomların tanınması ilə bağlı tələb olunan bəzi məsələlər çıxarılıb:

"Bakalavr və magistr təhsili alan şəxslərin diplomunun tanınmasına görə bir sıra məhdudiyyətlər aradan götürülüb. Təbii ki, həmin tələbələr yenə diqqətli olmalıdırlar. Çünki onların təhsil aldığı ixtisas ən azı sıralamada ilk 500-lükdə yer almalıdır. Bundan əlavə, təhsil aldıqları ixtisasın müvafiq qiymətləndirilməsi, kvalifikasiyası ölkəmizdə də eyni olmalıdır. Eyni olmadığı təqdirdə, əlbəttə, həmin şəxsə müvafiq olaraq ölkə ali təhsil müəssisələrində ən azı müəyyən qədər təcrübə keçmək və bilikləri almaq imkanı yaradılır.

Bir sözlə, diplomun tanınması üçün müəyyən imkanlar yaradılır. Burada tanınmama məsələsi olarsa, o zaman Elm və Təhsil Nazirliyi tabeliyində komissiya fəaliyyət göstərəcək. Yəni, birbaşa apellyasiya müraciət edilməklə baxılması təmin olunuacaq. Yəni, məhkəməyə yox, birbaşa apellyasiya müraciət edəcəklər. Bütün bu qərarlar diplomun tanınmaması ilə bağlı olan problemlərin qarşısını almış olacaq. Yəni, əksəriyyətinin diplomu tanınacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR