Azərbaycanlı tələbənin həlak olması xəbəri yalandır -

Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ zamanı dağıntılar altında qalan 4 tələbədən biri - Şahin Vəliyevin həlak olması barədə xəbər yayılıb. Xəbəri onun müəllimi sosial şəbəkə hesabında ictimailəşdirib.

Metbuat.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva Modern.az-a açıqlamasında bildirib ki, iddialar əsassızdır, tələbənin həlak olması xəbəri öz təsdiqini tapmayıb.

"Malatyada 4 tələbədən biri olan Şahin Vəliyevin cansız bədəninin çıxarılması xəbəri doğru deyil. Əsassız iddialara inanmaq olmaz. Dövlət qurumları ilə əlaqə saxlamışıq, bununla bağlı bizə hər hansı təsdiq verilməyib",- deyə səfirlik rəsmisi vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalıb. Onlar Malatyada yerləşən İnönü Universitetinin tələbələridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR