Magistraturaya sənəd qəbulu başa çatıb

2023/2024-cü tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başa çatıb.

Metbuat.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, 24 yanvarda başlayan sənəd qəbulu 9 fevral saat 23:59-da başa çatıb.

Ümumilikdə 18722 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 17188; rus bölməsi - 1534).

Qeyd edək ki, magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

Qəbul imtahanının (I cəhd) 2023-cü il fevralın 19-da keçirilməsi nəzərdə tutulur. İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), İnformatika üzrə 25 (o cümlədən açıq formalı 5) və Xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.

Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR