Xadiməni belə işə düzəltmək olmur -

"Bir deputat kimi məndən xahiş etsələr ki, bir xadiməni işə düzəldim, mənim üçün bu, əzablı işdir".

Metbuat.az xəbər verir ki, bunu deputat Razi Nurullayev deyib. Onun sözlərinə görə, Azərbaycanda iş yerləri kasaddır, əmək bazarında isə rəqabətli əməkhaqqı yoxdur:

"Azərbaycanda iş yerlərinə görə, rəqabətli əməkhaqları yoxdur. Təəssüflər olsun ki, ölkəmiz az əməkhaqqı alan ölkələr içərisindədir. Əslində, biz neft-qaz ölkəsiyik, biz zəif xalq deyilik, fərasətliyik . İnsanlarımızın pul qazanmağa meyli böyükdür. Hər kəsə imkan verilsin ki, işləsin və pul qazansın", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR