ABŞ-da azərbaycanlılar Türkiyə üçün səfərbər oldu

Türkiyədə zəlzələdən zərər çəkənlər üçün Türkiyənin Vaşinqtondakı səfirliyində toplanan yardım 100 tonu keçib.

Metbuat.az Trthaber-ə istinadən xəbər verir ki, 3 gün əvvəl başlayan yardım kampaniyasına amerikalılarla yanaşı digər millətlərin nümayəndələri də böyük dəstək verir. Zəlzələdən zərər çəkənlər üçün səfirliyə gətirilən qış geyimləri, ərzaq və digər yardımlar qablaşdırılıb və Türk Hava Yollarının təyyarəsinə yüklənmək üçün hava limanına göndərilib. Virciniya Müsəlmanları Dərnəyinin nümayəndəsi Əzizə Ebrahem bildirib ki, isti geyimə ehtiyac olduğu üçün həm Suriyaya, həm də Türkiyəyə göndərilmək üçün qalın paltarlar gətiriblər.

Vaşinqtonun Corctaun rayonunda yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasının binasına da Türkiyə bayraqları asılıb. Ticarət Palatasının layihə koordinatoru Nural Əliyev bildirib ki, zəlzələdə həyatını itirənlərin xatirəsinə keçirilən bu aksiya birlik mesajı daşıyır. "Zəlzələdən zərər çəkmiş insanlara kömək üçün pul toplamaq məqsədilə binanın qarşısında QR yerləşdirilib. İnsanlar bu QR kodu oxumaqla həm məlumat ala, həm də ianə verə bilərlər” - o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR