Başqa mənzilə köçmək istəmədi:

Zəlzələ nəticəsində dağıntılar altında qalan "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslanla eyni binada yaşayan komanda yoldaşı iki gün əvvəl evdən köçdüyü üçün sağ qalıb.

Metbuat.az xəbər verir ki, Vural Yakub iki gün əvvəl klubla müqaviləsini dayandıraraq köçüb. Komanda yoldaşları 3 otaqlı evdə yaşayan Ahmet Eyüp Türkaslana mənzilin onun üçün kiçik olduğunu deyərək, daşınmasını tövsiyə ediblər. Qapıçı isə “çox xoşbəxtik” deyərək köçmək istəməyib.

Zəlzələ vaxtı onun həyat yoldaşı sağ qalıb. Qapıçı isə həyatını itirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR