Dünyanı ağladan həmin foto -

Türkiyədə zəlzələnin insanlara yaşatdığı dəhşətin fotoları bütün dünyanı sarsıdıb.

Onlardan biri də dağıntılar altında qalaraq ölən qızınını əlini tutan atanın fotosu idi...

Metbuat.az xəbər verir ki, həmin fotodakı şəxs - 2 qız, bir oğul övladı olan Mesut Hançer "Bild" nəşrinə hadisə anından danışıb.

Onun sözlərinə görə, zəlzələ baş verən gün o işdə olub. Çörək zavodunda işləyən Hançer qeyd edib ki, zəlzələ baş verən kimi yoldaşına zəng edib: "Yoldaşım uşaqların və özünün yaxşı olduğunu dedi. Lakin həmin gün kiçik qızım - Irmak anamın evində qalmışdı. Çünki qardaşım uşaqları gəlmişdi və o, onlarla qalmaq istəmişdi. Çox dua etdim ki, qızıma heç nə olmasın. Əllərimlə onun dağıntıların altından çıxarmaq istədim, amma alınmadı".

Fotonu çəkən isə Frans Press Agentliyinin fotomüxbiri Adem Altan olub. Adem bildirib ki, həmin zaman o, həmin bölgədə çəkiliş aparıb. Hançer qəfil qışqıraraq ona "çək, çək, övladımın şəklini çək" deyib: "O, orada oturmuşdu. Ətrafdakı digər insanlar qohumlarını xilas etməyə çalışırdılar. Şəkil çəkdirərək irəli gedirdim. Nəyə görə oturduğuna baxdım, bir az fikir verəndə birinin əlindən tutduğunu gördüm. Bir neçəsini götürdüm. Sonra məni çağırdı "Çək, çək, uşağımın şəklini çək" dedi".

Enkaz altında hayatını kaybeden kızının elini bırakmamıştı: 'Çıplak elle  kazdım ama ulaşamadım' - 10.02.2023, Sputnik Türkiye

Adem Altan (@AdemAltan3) / Twitter

Fotoqraf: Adem Altan


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR