Türkiyə üçün ümummilli kampaniya keçiririk -

“Kahramanmaraşda baş verən zəlzələlə "əsrin ən böyük zəlzələsi"dir. "İki dövlət, bir millət kimi yaşayan bizlər həmişə türk qardaşlarımızın yanında olacağıq”.

Metbuat.az xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif belə açıqlama verib. O bildirib ki, Pakistan hökuməti Türkiyə üçün davam edən xilasetmə və yardım səylərini ümummilli kampaniyaya çevirməyə qərar verib. İş dünyası, din alimləri və təhsil işçilərinin də dəstəyini alacağıq. Pakistan bu çətin günlərdə Türkiyənin yanında olmağa davam edəcək.

Qeyd edək ki, Pakistanda dövlətə məxsus məktəblərdə də Türkiyəyə dəstək kampaniyasına başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR