"Axtarış-xilasetmə əməliyyatları lazımi sürətlə aparılmır" -

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Adıyamana gedib.

Metbuat.az xəbər verir ki, Ərdoğan bir sıra açıqlamalar verib.

O qeyd edib ki, axtarış-xilasetmə əməliyyatları lazımi sürətlə aparılmır: "İndiyədək 94 müxtəlif ölkədən dəstək təklifi gəlib. Əcnəbi və yerli mütəxəssislər axtarış-xilasetmə tədbirlərini davam etdirirlər. Təəssüf ki, axtarış-xilasetmə tədbirləri lazımi qədər sürətlə davam etmir".

Prezident həmçinin qeyd edib ki, ölkənin yenidən bərpa olunması üçün proqram hazırlanır: "Tez bir zamanda proqrama başlayacağıq. İnşallah, bir il ərzində dağılan əraziləri yenidən bərpa edəcəyik. Bundan başqa dost qara gündə tanınar. Ölkəmizin çətin vaxtında bizə yardımçı olan dost, qardaş ölkələrə şəxsim və xalqım adına bir daha təşəkkür edirəm. Tezliklə çətin vəziyyətin öhdəsindən gələcəyik".

Onun sözlərinə görə, bu müddət ərzində zərərçəkənlərə kirayə pulları ilə bağlı da dövlət yardım göstərəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR