Kərim Benzema "Real Madrid"lə müqaviləsini uzatdı

Fransa millisinin futbolçusu Kərim Benzema İspaniya "Real Madrid"i ilə müqaviləsinin müddətini uzadıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə "kral klubu"nun baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

İtaliyalı mütəxəssis bildirib ki, 36 yaşlı hücumçu növbəti mövsümü də Madrid təmsilçisində keçirəcək. O, La Liqa klubu ilə 1 illik yeni sözləşməyə imza atıb.

Qeyd edək ki, Kərim Benzemanın müqaviləsi bu ilin yayında başa çatmalı idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR