Türkiyədə zəlzələ qurbanlarının sayı açıqlandı - Son rəqəmlər / YENİLƏNİB

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 91 511 nəfər yaralanıb. Aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 80 088 şəxs dağıntılar altından xilas edilib.


09:39

Kahramanmaraşda baş verən və ətraf vilayətlərə dağıdıcı təsir göstərən dəhşətli zəlzələdən həlak olanların sayı 20 318 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, xilas edilənlərin sayı 80 088 olub.

Zəlzələdən zərər çəkən 91 511 şəxs isə başqa bölgələrə təxliyə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR