"Türkiyədə seçkilər bir il təxirə salına bilər" - Ekspert

"Türkiyədə baş verən güclü zəlzələdən sonra fövqəladə vəziyyət elan edilməsi may ayında keçirilməsi planlaşdırılan məclis və prezident seçkisinin vaxtının uzadılmasına səbəb ola bilər".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı siyasi şərhçi Azər Qasımov edib. Onun fikirlərinə görə, Rəcəp Tayyib Ərdoğanın zəlzələ bölgəsinə səfəri zamanı zəlzələnin nəticələrini bir ilə aradan qaldıracağıq deməsi o deməkdir ki, seçki bir ildən sonra keçiriləcək.

"Məsələ ondadır ki, Türkiyənin on ilindəki böyük şəhərləri və ətraf ərazilər zəlzələdən ciddi zərər görüb. İnsan tələfatı təəssüf olacaq qədər kütləvidir. Yaralı insanların sayı bundan dəfələrlə çoxdur, say getdikcə artıq. Bu durumda seçki keçirilməsi praktiki olaraq mümkün deyil. Müxalifətin əsassız ittihamlarının AKP hakimiyyətinin seçici səslərinə təsir edəcəyi mümkün deyil".

Azər Qasımov hesab edir ki, belə şəraitdə seçki keçirilməsi və AKP-nin yenidən hakimiyyətdə qalması müxalifət və onun xarici havadarlarının əlinə bəhanələr verə bilər.

"Onlar seçkinin hüquqiliyini və doğruluğunu şübhə altına alacaqlar. Bütün oyun seçkidən sonraya hesablanıb. Təbii ki, bu vəziyyətdə seçkiyə gedən partiyalar onun legitimliyini qəbul etmiş hesab olunacaq, çünki seçkidə iştirak etmək bir partiya üçün onun legitimliyini tanımaq anlamına gəlir, amma R.T.Ərdoğanın seçilməsini dünyanın yeni düzəninə təsir etdiyini fikirləşən xarici qüvvələr və ölkələr bu seçkini tanımaya, Türkiyəyə qarşı bir çox sanksiyalar tətbiq edə bilərlər. Buna elə həmin məğlub partiyalar da seçkiyə hiylə qatıldığı bəhanəsi ilə cığallıq edərək qoşula bilərlər. Bu baxımdan hesab etmək olar ki, seçki ən azı bir il ertələnəcək".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR