Bəhram Hüseynov vəfat etdi -

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Geologiya və geofizika məsələləri üzrə keçmiş vitse-prezidenti Bəhram Hüseynov dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə SOCAR-ın insan resursları və təhlükəsizlik üzrə vitse-prezidenti Xalik Məmmədov məlumat yayıb.

Qeyd edilib ki, Bəhram Hüseynov dünən uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Hüseynov 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. 2011-ci ilin yanvarından SOCAR-ın Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentinin müavini vəzifəsinə, 18 aprel 2016-cı il tarixindən isə Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti təyin edilib. B.Hüseynov Prezidenti İlham Əliyevin 2021-ci ildə imzaladığı sərəncamı ilə bu vəzifədən azad edilib.

Allah rəhmət eləsin!

Bir 1 nəfər şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR