Zəlzələdə həlak olan azərbaycanlı iş adamının cənazəsi Salyana gətirildi -

Türkiyədə zəlzələ zamanı həlak olan Azərbaycan əsilli Rusiya vətəndaşı, 1965-ci ildə Salyanın Arbatan kəndində anadan olmuş Əliyev Eldəniz Həbib oğlunun cənazəsi doğulduğu rayona gətirilib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, mərhumun cənazəsi bu gün Arbatan kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, E.Əliyev 40 ildən çoxdur ki, Sankt-Peterburqda yaşayıb, ticarətlə məşğul olub. İş adamı biznesi ilə əlaqədar Türkiyənin Hatay şəhərində səfərdə olarkən baş verən dağıdıcı zəlzələnin qurbanı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR