Çinin hava məkanında naməlum uçan obyekt aşkarlandı

Çinin Jiçjao şəhərinin (Şandun əyaləti) suları yaxınlığında hava məkanında naməlum uçan obyekt aşkar edilib. Bu barədə Qingdao Dəniz İşləri Departamenti məlumat yayıb.

Metbuat.az “Global Times”a istinadən xəbər verir ki, “Jiçjao sularında naməlum uçan obyekt aşkar edilib və onun endirilməsinə hazırlıq gedir”.

Ərazidə olan balıqçı qayıqlarına müvafiq xəbərdarlıq edilərək, diqqətli olmaları tapşırılıb. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR