Azərbaycanda tanınmış həkim qəfil vəfat etdi -

TƏBİB-in tabeliyindəki Suraxanı Tibb Mərkəzinin direktoru Azər Məmmədov 12.02.2023-cü il axşam saatlarında kəskin ürək tutmasından vəfat edib.

Bu barədə Metbuat.az-a TƏBİB-dən xəbər verilib.

Qeyd edək ki, Məmmədov Azər Nadir oğlu 1962-ci ildə Füzuli rayonunda anadan olub. 1979-1985-ci illər ərzində Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1985-1986-cı illərdə indiki Kliniki Tibbi Mərkəzdə yoluxucu xəstəliklər üzrə internatura təhsili alıb.

1987-1988-ci illərdə Bakı şəhərindəki Tibbi-Bədən Tərbiyəsi Dispanserində, 1988-1990-cı illərdə Sumqayıt şəhərindəki Dəri-Zöhrəvi Dispanserində həkim, 1990-1991-ci illərdə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində tibbi ekspert kimi fəaliyyət göstərib.

1991-2007-ci illərdə Respublika Diaqnostika Mərkəzində həkim-rentgenoloq kimi işləyib.

2007-2014-cü illərdə Yasamal rayonunda yerləşən 3 nömrəli Şəhər Poliklinikasının baş həkimi olub. 2014-cü ildən indiki Suraxanı Tibb Mərkəzində baş həkim, 2021-ci ildən isə həmin tibb müəssisəsinin direktoru kimi çalışıb.

Suraxanı Tibb Mərkəzinin direktoru vəfat edib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR