BƏƏ Türkiyəyə 33 min nəfərlik çadır göndərir

Birləşmiş Ərəb Əmirlikləri Kahramanmaraşdakı zəlzələrdən zərər çəkənlər üçün Türkiyəyə 33 min nəfərlik çadır göndərir.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə rəsmiləri açıqlama verib. Bildirilir ki, qış çadırlarının hər birinə 16 nəfər yerləşə bilər. Çadırların 515-i artıq Türkiyəyə çatdırılıb. Onların ümumi sayı 2115 olacaq. Həmçinin Birləşmiş Ərəb Əmirlikləri yüksək ağırlıq götürə bilən hərbi və mülki yük təyyarələri Türkiyənin istifadəsinə verib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində “Boeing C-17” tipli hərbi yük təyyarələri ilə yanaşı, 150 ton yük daşıma qabiliyyəti ilə dünyanın ikinci ən böyük yük təyyarəsi olan “Antonov 124-Ruslan” layneri də var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR