"Rusiya yeni səfərbərlik planlaşdırmır" -

"Rusiyada səfərbərliyin ikinci dalğası barədə məlumat yoxdur".

Metbuat.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ səfirliyinin mümkün səfərbərliyə görə vətəndaşlarını Rusiyanı tərk etməyə çağırması ilə bağlı xəbərləri şərh edərkən bildirib.

"Xeyr, heç bir məlumat yoxdur", - Kreml sözçüsü bununla bağlı suala cavab verib.

Məlumat üçün bildirək ki, ABŞ səfirliyi Rusiyada olan vətəndaşlarının təcili olaraq ölkəni tərk etmələri ilə bağlı xəbərdarlıq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR