PSJ-dən Neymar barədə GÖZLƏNİLMƏZ QƏRAR -

PSJ klubu Neymarı satmaq istəyir.

Metbuat.az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi yay transfer dönəmində 31 yaşlı hücumçunu satmaq niyyətindədir.

Bəzi mənbələr iddia edir ki, onun satılmasını Mbappe tələb edir.

Qeyd edək ki, Neymar 2017-ci ildə İspaniya "Barselona"sından 222 milyon avro qarşılığında PSJ-yə keçib. Onun ölkə çempionu ilə müqaviləsi 2025-ci ilədək nəzərdə tutulub. Forvard cari mövsüm 27 matçda meydanda olub, 17 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR