"Türkiyədə 7.7 ballıq zəlzələ bizdə 10 ballıqdır" -

Türkiyədə 7.7 ballıq zəlzələ bizim 12 ballıq şkalaya görə 10 ballıqdır.

Metbuat.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru Tahir Məmmədli deyib. O qeyd edib ki, seysmoloji araşdırmalar göstərir ki, Bakıda binalar 8 və 12 ballıq şkalaya görə tikilməlidir: "Bakıda 8 və 9 ballıq zəlzəyə davamlı binalar tikilməlidir".

Tahir Məmmədlinin sözlərinə görə, əvvəllər binanın tikilməsi ilə Xidmətdən təkliflər alınıb, hazırda isə buna riayət edilmir.

Şöbə müdiri həmçinin qeyd edib ki, Abşeron ərazisində zəlzələ olmur: "Zəlzələnin baş verməsi üçün heç bir geoloji şərait yoxdur. Xəzərdə baş verən zəlzələ ocaqları Abşeronda hiss edilir. Amma ətrafda güclü zəlzələ ocaqları var. Məsələn, neft daşlarında güclü zəlzələ ocaqları var".

Daha ətraflı videoda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR