Məşhur villa satışa çıxarıldı - Qiyməti dodaq uçuqlatdı /

Abşeron rayonunun Novxanı qəsəbəsində heykəllərlə bəzdilmiş məşhur dəbdəbəli villa satılır.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, satış qiyməti 6 500 000 manatdır. Bununla bağlı elanda qeyd edilib ki, real alıcıya endirim olacaq.

Məlum olur ki, villa 45 sot ərazinin içində inşa edilib. Sahəsi 1500 kvadrat metrdir. 4 mərtəbəli villada idman zalından tutumuş, 40 nəfər üçün nəzərdə "disko klub”a qədər var. Həmçinin villanın həyətində ümumi dəyəri 200 000 dollar olan heykətarşlıq nümunələri yerləşir.

Bu villa bir müddət öncə medianın gündəmində olub. Dəbdəbəli evin hansısa məmura məxsus olması barədə iddialar səsləndirilib. Lakin sonradan Bəxtiyar adlı şəxs evin sahibi olduğunu bəyan edib. O, mediaya açıqlamasında iş adamı olduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR