Zəlzələni əvvəlcədən belə bilirmiş -

Kahramanmaraşdakı zəlzələ barədə fəlakətdən 3 gün əvvəl düzgün proqnoz verən Frank Hoogerbeets yeraltı təkanları necə doğru təxmin etdiyinə dair açıqlama verib.

Metbuat.az xəbər verir ki, “zəlzələ kahini” ləqəbli Frank bildirib:

“Mən Türkiyə mediasının iddia etdiyi kimi peyğəmbər deyiləm. Heç vaxt böyük zəlzələlər üçün dəqiq tarix verməmişəm. Yer və planetlərin mövqeləri arasındakı əlaqələr üzərində çalışan bir araşdırmaçıyam və bu barədə xüsusi proqram hazırlamışam”.

Qeyd edək ki, mütəxəssis Kahramanmaraşdakı zəlzələdən əvvəl “Türkiyə, İordaniya, Suriya və Livanda 7,5 zəlzələ olacaq” deyə paylaşım etmişdi. İlk zəlzələdən bir neçə dəqiqə sonra isə güclü təkanların davam edəcəyini açıqlamışdı. Onun bu proqnozu da doğru çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR