DSX Akademiyasının kursantı yol qəzasında öldü

Fevral ayının 13-də saat 19:30 radələrində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 3-cü kurs kursantı Mahmudov Laçın Tərlan oğlu məzuniyyətdə olarkən Qəbələ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti feysbukda məlumat yayıb.

"Dövlət Sərhəd Xidmətinin rəhbərliyi kursantın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - paylaşımda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR