​Kremldaxili çəkişmə: “Putinin aşpazı”nı kim öldürmək istədi?

Ukrayna hərbçiləri Baxmut üzərində “Vaqner” özəl hərbi şirkətinə məxsus Su-24 təyyarəsini vurub. Məhz bu təyyarə Yevgeni Priqojinin Ukrayna Prezidenti Vladimir Zelenskini hava duelinə çağırdığı təbliğat videosunun çəkilişi zamanı istifadə edilib. Məlumat Priqojinin mətbuat xidməti tərəfindən təsdiqlənib.

Metbuat.az xəbər verir ki, hadisəyə münasibət bildirən politoloq Turan Rzayev hesab edir ki, təyyarənin Y.Priqojinin Ukrayna Prezidenti V.Zelenskiyə videomüraciətində onu “hava duelinə” çağırmasından sonra baş verməsi diqqət çəkir.

Bu qərar Qərbin müdafiə etdiyi dəyərlərə xəyanətdir"

Turan Rzayev

“Priqojin Donetsk vilayətinin Baxmut rayonunda “Su-24” təyyarəsi ilə uçuş həyata keçirərkən vurulub. Mümkündür ki, o bu yolla Ukrayna prezidentini duelə dəvət edərkən nə dərəcədə ciddi olduğunu və onu gözlədiyini göstərməyə çalışıb. Diqqətçəkən məqam isə Priqojinin içərisində olduğu “Su-24” təyyarəsinin Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən vurulmasıdır.

Onun məhz Donetsk vilayətinin Baxmut rayonunda olması, “Su-24” təyyarəsi ilə uçuş həyata keçirməsi kimi məlumatları Ukrayna tərəfi belə rahatlıqla əldə edə bilməzdi”.

Kremldaxili çəkişmələrə diqqəti yönəldən ekspert qeyd etdi ki, “Vaqner” özəl hərbi şirkəti bu gün Suriya, Afrika, Ukrayna və s. ölkələrdə quru əməliyyatlarında iştirak edən qeyri-rəsmi hərbi birləşmədir. Turan Rzayev xatırlatdı ki, şirkətin döyüşçüləri çoxsaylı hərbi cinayətlər, o cümlədən məhkəmədənkənar edamlar törətməkdə şübhəli bilinir.

“ÖHŞ-nin qurucusu və sponsoru Yevgeni Priqojin də bunları inkar etmir. Priqojin həm birbaşa Prezident Vladimir Putindən təlimat aldığı, həm də ölkədaxili cinayətləri icra etdiyi üçün Rusiya hərbi-siyasi elitasında ona nifrət var. Bu mənada Kreml daxilində Priqojinin ölümünü arzulayan şəxslərin olduğunu deyə bilərik. Mümkündür ki, Priqojinin “Su-24” təyyarəsi ilə Donetsk vilayətinin Baxmut rayonunda uçuş həyata keçirməsi informasiyasını Ukrayna tərəfinə məhz onun ölməsini istəyən rusiyalı siyasi və ya hərbi elita nümayəndələri məqsədyönlü şəkildə ötürüb”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR