Yardım aparan Haluk Levent qəzaya düşdü -

Kahramanmaraşda baş verən 7,7 və 7,6 ballıq zəlzələlərdə ilk gündən yardım edən AHBAP xeyriyyə dərnəyinin qurucusu, sənətçi Haluk Levent qəzaya düşüb.

Metbuat.az xəbər verir ki, o, Hataydan zəlzələnin episentri sayılan Pazarcıka yardım apararkən avtomobil qəzası keçirib. Son məlumata görə, müğənniyə ilkin tibbi yardım göstərilib, vəziyyəti yaxşıdır.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Şərqi, Cənub-Şərqi, Aralıq dənizi, İç Anadolu və Qara dəniz bölgələrində baş verən iki güclü zəlzələ ilə bağlı AHBAP xeyriyyə dərnəyi ilə zəlzələ bölgəsinə yardım gətirən Haluk Levent məşhurlarla birlikdə təbii fəlakətdən zərər çəkənlər üçün layihələr həyata keçirməyə başlayıb.

Qurduğu AHBAP platforması ilə etdiyi yardımlarla tanınan Haluk Levent tanınmış şəxsləri də bu həmrəylik və yardım kompaniyasına cəlb edərək zəlzələdən əziyyət çəkən bölgələrdə olan vətəndaşlara köməklik edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR