Sabahdan polietilen torbalar bu qiymətə

Xəbər verdiyimiz kimi, sabahdan Azərbaycanda marketlərdə alıcılara verilən polietilen torbalar ödənişli olacaq.

Metbuat.az-ın bir neçə marketdən əldə etdiyi məlumata görə, polietilen torbaların qiyməti ölçüsünə görə müvafiq olaraq 3, 5 və 10 qəpiyə satılacaq.

Qeyd edək ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi ödənişli olmalıdır. Bununla bağlı olaraq ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən, ətraf mühitin sağlamlaşdırılması məqsədilə sabahdan etibarən, politielen torbalar müştərilərə ödənişli qaydada təqdim ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR