Bəxtiyar Hacıyevin yeni fotosu

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin yeni fotosu yayılıb.

Metbuat.az xəbər verir ki, onun məhkəməyə gətirilərkən çəkilmiş fotosunu jurnalist Elnarə Qasımova paylaşıb.

Qeyd edək ki, bu gün saat 16:00-da Xətai Rayon Məhkəməsində Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılacaqdı.

Xatırladaq ki, B.Hacıyev ötən il dekabrın 9-da həbs edilib. Vəkilləri onun təcridxanada aclıq aksiyası etdiyini, 15 kilo çəki itirdiyini və səhhətinin ağır durumda olduğunu bildirir. Bakı Şəhər 1 saylı İstintaq Təcridxanasında saxlanılan Hacıyev 3 gün öncə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. İctimai fəalın jurnalist Ülviyyə Alovlu ilə yaşadığı insidentə görə həbs edildiyi bildirilir. O, xuliqanlıq və məhkəməyə hörmətsizlik etməkdə ittiham olunur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR