Əvvəl arvadını bıçaqladı, sonra intihar etmək istədi

Oğuz sakini həyat yoldaşına kəsici alətlə xəsarət yetirib, sonra intihara cəhd edib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, 1962-ci il təvəllüdlü Nazim Rəhimov aralarında yaranan mübahisə nəticəsində həyat yoldaşı, 1966-cı il təvəllüdlü Sevinc Rəhimovaya kəsici alətlə başından xəsarət yetirib. Daha sonra 61 yaşlı N.Rəhimov bıçaqla özünə xəsarət yetirib və sirkə turşusu içərək intihara cəhd edib.

Ağır xəsarətlər alan 57 yaşlı S.Rəhimova və 61 yaşlı N.Rəhimov Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR