AMEA-da bəzi şöbələr ləğv edildi

AMEA-da bəzi şöbələr ləğv edilib, yeniləri yaradılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclasında qərar qəbul edilib.

Qeyd edilib ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin ləğv edilməsi, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin bazasında Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin yaradılması haqqında qərar qəbul olunub.

Həmçinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya və Biblioqrafiyaşünaslıq şöbələrinin bazasında Kitabxana və biblioqrafiyaşünaslıq şöbəsi yaradılıb, Şərq ölkələri türkdilli əlyazmaların tədqiqi şöbəsi isə Türkdilli əlyazmaların tədqiqi şöbəsi adlandırılıb.

Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin 16 yanvar 2023-cü il tarixli qərarına əsasən Folklor İnstitutunun Musiqi folkloru şöbəsi ləğv edildiyi üçün institutun Elmi şurasının qərarı ilə “Qorqud” ansamblının da fəaliyyətinə xitam verilib.

Eyni zamanda müvafiq elmi-tədqiqat institutlarının təqdimatları nəzərə alınaraq AMEA-nın Bakıxanov adına Tarixİnstitutunun Atropatena-Albaniya (Qafqaz) tarixi şöbəsinin Azərbaycanın e.ə. IV – e. VII əsrinin ortaları tarixi şöbəsi, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda isə Son Neolit və Xalkolit (Eneolit) dövrü arxeologiyası şöbəsinin isə Neolit-Eneolit dövrü arxeologiyası adlandırılması barədə qərar qəbul olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR