Heyvanlar zəlzələni öncədən hiss edir? - Elm nə deyir?

Hər il dünyada təxminən 500 minə yaxın zəlzələ baş verirsə, bunun 100-ü dağıntılara səbəb olur. Türkiyədə baş verən zəlzələdən sonra dünya ölkələri təbii fəlakətdən az ziyanla qurtulmağın yollarını axtarır.

Qeyd edilir ki, əslində, zəlzələnin hər hansı saatda baş verməsini bilmək mümkün deyil. Lakin təbii fəlakətdən öncə bəzi müəmmalı hadisələrin baş verməsi suallar ortaya qoyur.

Məsələn, fevralın 6-da Türkiyədə zəlzələdən əvvəl kameralara heyvanların qəribə davranışları yansıyıb. Bəs heyvanlar zəlzələni əvvəlcədən hiss edir?

Heyvanların zəlzələdən xəbər tutması yönündə səsləndirilən fikirlər isə yeni deyil. Məsələn, 1975-ci ildə 7,3 bal gücündə zəlzələdən əvvəl normal qış yuxusuna gedən ilanların Çinin Haysenq şəhərini tərk etdiyi bildirilir. 2016-cı ildə Oklahomada baş verən zəlzələdən əvvəl minlərlə quş şəhəri tərk edib.

Elm adamlarının fikrincə, heyvanlar zəlzələni insandan daha tez hiss edə bilir. Fillər və quşlar çox aşağı tezlikli səsləri və sarsıntıları eşidə bilirlər, gəmiricilər isə insan qulağının aşkar edə bilmədiyi parçalanmış qayalardan çıxan yüksək tezlikli dalğaları eşidə bilirlər.

Evcil heyvanlara gəlincə, 2018-ci ildə aparılan araşdırmalar heyvanların zəlzələni hiss etməsi barədə iddiaları yalanladı. 2020-ci ildə alman alimlərinin apardığı təcrübə isə bu yöndə səsləndirilən fikirləri qismən təsdiqlədi. Belə ki, heyvanlara taxılan xüsuilə aparatla 18 mindən çox zəlzələ hiss onlara verilib. Aylarla aparılan müşahidədən sonra məlum olub ki, həmin heyavnlar zəlzələdən 20 saat öncə anormal hərəkətlər ediblər.

Tədqiqatçılar daha yaxşı proqnozlar vermək üçün daha çox heyvanı izləmək üçün tədqiqatın genişləndirilməsi lazım olduğunu vurğulayırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR