"Demokratiyanın qurbanı olan Saakaşvili gürcü xalqı üçün maraqlı deyil" - AÇIQLAMA

Gürcüstan Baş naziri İrakli Qaribaşvili açıqlamasında bildirib ki, Mixeil Saakaşvilinin Gürcüstana göndərilməsi Rusiyaya qarşı ikinci cəbhənin açılmasına xidmət edirdi.

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Gürcüstanın eks-prezidentinin Ukrayandan Gürcüstana gizli yollarla gəlməsinə səbəb, seçkilər ərəfəsində hakimiyyəti inqilab yolu ilə yenidən əldə etmək olsa da, onun gözlədiyi xalq kütləsi meydanalara çıxmadı. Politoloq deyir ki, lideri olduğu əsas müxalifət partiyası olan Vahid Milli Hərəkat partiyası da öz ətrafında kifayət qədər elektorat toplaya bilmədiyi üçün proseslər Saakaşvilinin əleyhinə işlədi.

"Məhz gürcü xalqının M. Saakşvilini dəstəkləməməsi bir neçə aspektdən aslıdır. Birinci, xalq yeni müharibənin əleyhinə idi. Çünki mövcud iqtidar M. Saakaşvili qayıdacağı təqdirdə Rusiya ilə müharibəyə başlayacağı təbliğatını qurmuşdu. İkinci, gürcü xalqı M. Saakaşvilini prezidentliyi dövründən artıq Gürcüstan üçün bir şey etməyəcəyinin fərqində idi. Üçüncü, Gürcüstan xalqı üçün Abxaziya və Cənubi Osetiya maraqlı deyil. Ümumiyyətlə, bu gün gürcü xalqını nə Abxaziya, nə də Cənubi Osetiya maraqlandırır. Nəticədə Saakaşvili xalqına arxayın olaraq prosesləri düzgün hesablamadı və özü vaxtı ilə qurduğu demokratiyanın qurbanı oldu".

Məhəmməd Əsədullazadə qeyd etdi ki, məhz onun demokratiyanın bütün sərhədlərini açması nəticəsində Gürcüstan kimi problemli ölkədə Rusiyanın hesabına kapital yığan biznesmen B.İvanaşvili hakimiyyətə gəldi.

"Ümumiyyətlə, siyasi gedişat bütövlükdə M. Saakaşvilinin özünə və qurduğu sistemin əleyhinə çevrildi. Sabiq prezident M.Saakaşvilinin azadlığa çıxması yaxın perspektivdə mümkün deyil. Bu da Avropa İttifaqı və rəsmi Tiflis arasında siyasi böhrana səbəb olur. Vaşinqtona gəldikdə isə, artıq bu məsələ onlar üçün maraqlı deyil".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR