"Naməlum uçan obyektin Çin kəşfiyyatına aid olduğuna dair sübut yoxdur"

“ABŞ hava məkanında vurulan üç naməlum uçan obyektin Çin və ya hansısa ölkənin kəşfiyyat fəaliyyətində iştirak etdiyinə dair sübut yoxdur”.

Metbuat.az xəbər verir ki, “Ağ Ev”in Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi belə deyib. O bildirib ki, bu obyektlərin kommersiya və ya təhlükəli olmayan digər məqsədlər üçün havada fəaliyyət göstərdiyinə dair fikirlər var.

Kirbinin sözlərinə görə, vurulan naməlum obyektlər vurularaq onların qalıqları ələ keçirilib. Təhqiqatlar sonra ictimaiyyətə bu barədə dəqiq məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR