Həyat yoldaşından "Toppuş bacı" ilə bağlı paylaşım

"Bir neçə il əvvəl birinə sual verdilər ki, sevgini bir kəliməylə ifadə edə bilərsiniz? Sevgi sizin üçün nədi? Biz o zaman 7 il idi ki, ailə qurmuşduq. Tünzaləyə dedim ki, bu 7 ildə sevgimi sənə hələ də tam ifadə edə bilmirəm. Bu insanlar necə olur 1 kəliməylə ifadə edir?".

Metbuat.az xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkə hesabında yazıb. O, aktrisa ilə bağlı xatirələrini bölüşüb: "11 il oldu və mən yenə də gecə-gündüz sevgidən danışsam, ifadə edə bilmərəm. İllər az gəlir. Keçən hər il də bu davam edəcək, niyə bunu yazıram? Bir var özünlə, biri də var kütlə ilə danışmaq. Bu, insanı daha çox rahatlatır. Doğum günün mübarək olsun, nur üzlü həyat yoldaşım. Yaxşı ki, doğuldun, məni seçdin. Rəbbimə həmd olsun, səni mənə yazdı".

Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən sonra ötən ay dünyasını dəyişib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR