Umayra Tağıyeva vəzifəsindən azad edildi

Umayra Tağıyeva vəzifəsindən azad edildi
13:44 19 Yanvar 2015
176 Sosial
Ölkə mətbuatı
A- A+

Onun vəzifəsi Asif Verdiyevə həvalə olunub

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva işdən azad olunub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, Umayra Tağıyevanın işdən çıxmasının səbəbi bəlli deyil. Onun sözlərinə görə, U.Tağıyeva yanvarın 16-da öz ərizəsi ilə işdən çıxıb.

 

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsi ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevə həvalə olunub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190783

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR